RU

Payız depressiyasında ola bilərsiz - DİQQƏT

Psixoloq payız depressiyasının əsas əlamətlərini açıqladı.

E-saglam.az xəbər verir ki,  Psixoloq Olqa Romanivin fikrincə, payız depressiyasının yaranması gündüz saatlarının qısalması, D vitamini çatışmazlığı və növbəti tətilin uzaq olması ilə əlaqələndirilə bilər. Life.ru-ya müsahibəsində o, bu vəziyyətin bir neçə əlamətini qeyd edib.

Konsentrasiya problemləri və yuxululuq:

Romaniv izah edib ki, payızda təbii bioloji ritmlər pozulur və yuxu hormonu melatonin vaxtından əvvəl istehsal olunur. Bu səbəbdən, hətta səkkiz saat yatan insanlar belə yuxusuzluq hiss edə bilər.

Yemək vərdişlərinin dəyişməsi:

Payız depressiyası həm iştahsızlıq, həm də gündəlik həddindən artıq yemək ilə özünü göstərə bilər.

Hobbilərə və insanlarla ünsiyyətə marağın azalması:

Ənənəvi fəaliyyətlər və yaxınlarla əlaqə saxlamağa həvəsin azalması da bu vəziyyətin xarakterik əlamətidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
4
e-saglam.az

1Источники