RU

Bədbəxt Ukrayna: Orban Qərbin gizli planını ifşa etdi

Macarıstanın baş naziri Viktor Orban Ukrayna ilə bağlı səs-küylü açıqlamalar verməyə davam edir.

Turkustan.az xəbər verir ki, Orban sosial media hesabında yazıb ki, Qərb faktiki olaraq Ukraynanı müdafiə etmək maskası ilə onu soymaq kimi imperialist niyyətlərə malikdir.

"Vəziyyət aydındır" deyən Macarıstan hökumətinin başçısı qeyd edib ki, Qərb Ukraynanı qorumaqdan danışır, amma əslində bu, "torpaq, resurslar və pul uğrunda imperialist mübarizədir".

"Bədbəxt Ukrayna xalqı soyulur" deyən Orban vurğulayıb ki, münaqişənin davam etdirilməsinə təkan verənlər "işğaldan müdafiə” görüntüsü yaradılar.

Bir gün əvvəl Orban televiziyada bildirib ki, ABŞ prezidenti Donald Trampla söhbət zamanı ona Rusiyanın Ukrayna münaqişəsində artıq qalib gəldiyini və məsələnin bağlandığını deyib. O, həmçinin qeyd edib ki, Ukrayna Qərb tərəfindən dəstəkləndiyi üçün suveren dövlət deyil və maliyyələşmə dayansa, Ukrayna yox olacaq./publika.az

Избранный
8
1
turkustan.az

2Источники