Türkiyə Qəzzada İsrail və HƏMAS arasında dolayısı ilə atəşkəs danışıqlarına rəhbərlik edən vasitəçilərin toplantısına qatılacaq.
"Unikal" xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari Dohada keçirdiyi mətbuat konfransında deyib.
"Misir kəşfiyyatının rəhbəri dünən HƏMAS-ın danışıqlar nümayəndə heyəti ilə görüşdə iştirak edib. Bu gün Türkiyənin də iştirak edəcəyi daha bir görüş keçirəcəyik", - o, qeyd edib.
Bundan əvvəl Ağ Ev ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 bəndlik planını dərc edib. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidentinin planını qəbul etdiyini bildirib.