RU

Kreml: “Divarların yaradılması tarix boyu mənfi nəticə verib” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Kreml Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Avropada "dron divarı" yaradılması təşəbbüsünə münasibət bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında qeyd edib ki, tarix göstərir - istənilən divarların yaradılması həmişə mənfi nəticə verib. O, Ukraynanın militarist siyasətinin yeni bölücü divarların inşasına səbəb ola biləcəyini təəssüf doğuran hal adlandırıb.

"Biz görürük ki, onlar (Ukrayna - red.) dialoqa girmək və təhlükəsizlik təminatlarını birgə axtarmaq əvəzinə militarist yanaşmanı davam etdirirlər", - deyə Peskov bildirib.

Kreml sözçüsü əlavə edib ki, Avropanın müxtəlif paytaxtlarından fərqli səslər eşidilir və Moskva vəziyyəti izləməkdə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
olaylar.az

1Источники