RU

Ermənilərin Qarabağa qayıdışı barədə Paşinyandan açıqlama

“Ermənilərin Qarabağa (Azərbaycanın bölgəsi - red.) qayıdışı real deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı deyib.

“İnsanlar onların Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşurlar. Düzünü desəm, bunun real olduğunu düşünmürəm. Həmçinin bu məsələni sülh prosesi üçün təhlükəli hesab edirəm”, - o qeyd edib.

Paşinyan əlavə edib ki, Qarabağdan gələnlər Ermənistanda qalmalıdırlar, artıq onların mənzillərlə təmin edilməsi proqramına başlanılıb.
Избранный
2
4
sherg.az

10Источники