RU

Baş Kəşfiyyat İdarəsi (QUR) “Avanqard” xüsusi təyinatlı dəstəsinin rəhbərini məhv edib

Ukrayna kəşfiyyatı Stavropol diyarının Tambukan kəndi yaxınlığında Rosqvardiya polkovnik-leytenantını və daha iki işğalçını məhv edib. Bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsinə istinadən RBC-Ukrayna məlumat yayıb.

QUR-un məlumatına görə, əməliyyat 2025-ci il sentyabrın 27-də həyata keçirilib. Qafqaz Azadlıq Hərəkatının dəstəyi ilə Rusiya ərazisində 3 Rosqvardiya zabiti öldürülüb.

"Düşmənin "Avanqard" xüsusi təyinatlı dəstəsinin bir qrupuna rəhbərlik edən Rusiya Milli Qvardiyasının polkovnik-leytenantı, rus yaraqlılarının rəhbərinin köməkçisi və sürücüsü ıməliyyat zamanı pusquya salınaraq məhv edilib. Moskvalılardan ibarət qrup poliqona gedirdi, lakin təyinat yerinə gedib çata bilməyiblər", - Baş Kəşfiyyat İdarəsi bildirib.

Əziz Mustafa

Избранный
23
1
oxumeni.az

2Источники