Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhəti kəskin ağırlaşıb.
Moderator.az bildirir ki, bu barədə "Unikal"a onun oğlu, jurnalist Səbuhi Vaqifoğlu məlumat verib.
O bildirib ki, atası gecə saatlarında komaya düşüb və Bakıda klinikaların birində süni nəfəs aparatına qoşulub.
Qeyd edib ki, 67 yaşlı V.Vəliyevin komadan ayılması üçün müalicə tədbirləri davam etdirilir.