RU

İndiyədək utilizasiyaya verilən nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi açıqlandı (FOTO)

Bakı. Trend:

“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunununmüddəalarına uyğun olaraq, köhnəlmiş və istismara yararsıznəqliyyat vasitələrinin utilizasiyaya qəbulu davam edir.

Trend xəbər verir ki, ötənilin oktyabr ayından başlayan utilizasiya prosesinə vətəndaşlarınböyük maraq göstərməsinin nəticəsində cəmi 11 ay ərzində 10 mindənçox nəqliyyat vasitəsi utilizatorlara təhvil verilib. Utilizasiyayaverilən 10.000-ci nəqliyyat vasitəsinin sahibi Elşən Hümbətov olubvə nəqliyyat vasitəsinin təsdiqedici sənədi ona təqdim edilib.

Bu günə qədər utilizasiya edilmiş nəqliyyat vasitələrinintəsdiqedici sənədləri əsasında vətəndaşlar 589 ədəd yerli istehsalyeni nəqliyyat vasitəsini güzəştlə əldə etmiş. Eyni zamanda 803 minmanatadək birdəfəlik ödəniş ərizəçilərin bank hesabınaödənilmişdir.

Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” AzərbaycanRespublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyatvasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Dahasonra zəruri məlumatlar www.nvu.gov.az portalına daxil edilərək,ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsiutilizatora təhvil verilməlidir.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya təqdimolunması könüllülük prinsipi əsasında aprılır və məcburi xarakterdaşımır. Hazırda “Təmiz Şəhər” ASC tərəfindən reyestrdə qeydəalınmış 3 utilizator Bakı şəhəri, Abşeron rayonu və Gəncə şəhərindəfəaliyyət göstərir.

İndiyədək
İndiyədək
İndiyədək
İndiyədək
İndiyədək
İndiyədək
Избранный
21
5
az.trend.az

7Источники