RU

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 30-da Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdəolan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK)-insədri Fahrettin Altunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşkeçirilib.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, qonaqlarısalamlayan sədr Fərhad Abdullayev Məhkəmənin fəaliyyəti barədəətraflı məlumat verərək, Azərbaycan – Türkiyə əlaqələrinin UluÖndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” tezisinəəsaslandığını bildirib.

Sədr vurğulayıb ki, iki qardaş ölkə arasında sarsılmazmünasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinvə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyatakeçirdikləri uğurlu siyasət nəticəsində durmadan inkişaf edir.Böyük geosiyasi və iqtisadi potensiala malik dövlətlərimizinstrateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təminedilməsinə, bütün sahələrdə, o cümlədən məhkəmə-hüquqəməkdaşlığının inkişafının daha da gücləndirilməsinə yönəlib.

Qeyd olunub ki, tarixin ən önəmli anlarında dövlətimizə dayaqolmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsində vəAzərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədiləhəyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanıölkəmizin yanında olması xalqımız tərəfindən daim yüksəkqiymətləndirilir. Bu gün Əsas Qanunun hüquqi qüvvəsi suverenrespublikamızda tam bərpa edilib və işğal altında olantorpaqlarımızın azad edilməsi həm də vətəndaşların konstitusiyadatəsbit olunan hüquqlarının müdafiəsinin təminatıdır.

Daha sonra Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədriFahrettin Altun yüksək qonaqpərvərliyə görə KonstitusiyaMəhkəməsinin sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə edib. Obildirib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi,məhkəmə-hüquq sahəsində də sıx əməkdaşlıq qarşılıqlı dəstək vəanlaşma əsasında uğurla inkişaf edəcək.

Söhbət zamanı geniş fikir mübadiləsi aparılıb, insan hüquq vəazadlıqlarının qorunması və digər hüquqi məsələlər müzakirəolunub.

Görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrəMüvəkkili (Ombudsman) Səbinə Əliyeva, Konstitusiya Məhkəməsininhakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilətanış olublar və xatirə fotoşəkilləri çəkdiriblər.

Konstitusiya
Konstitusiya
Konstitusiya
Избранный
5
15
az.trend.az

10Источники