RU

“Cabirlə toyda son dəfə qucaqlaşdıq”- Rafael İsgəndərov

Əməkdar artist Cabir İmanovun vəfatı sənət aləmini sarsıdıb.

News365.az xəbər verir ki, onun ölümü ilə bağlı tanınmış aktyor Rafael İsgəndərov da xatirələrini bölüşüb.

“Cabirin ölüm xəbərini görəndə inanmaq istəmədim, özümə yaxın buraxmadım ki, yalan olar. Ta ki, videosu çıxana qədər. Bu yaxınlarda dostumuzun uşağının toyunda idik, həmin gün Cabirin də doğum günü idi. Toyda elan etdilər, mən də təbrik etdim. Cabir yalan olmasın, 5 dəqiqə ərzində məni dəfələrlə qucaqladı, öpdü və bir neçə dəfə ‘Sən başqasan’ dedi. Mən də təəccübləndim ki, niyə belə edir. Təəssüf ki, bu bizim son görüşümüz oldu”, – deyə Rafael İsgəndərov bildirib.

Избранный
6
news365.az

1Источники