RU

Türkiyədə Azərbaycan əleyhinə saxta xəbərlər yazan şəxs saxlanılıb

ain.az bildirir, Oxumeni.az portalına istinadən.

Türkiyədə Azərbaycan əleyhinə saxta xəbərlər yazan şəxs saxlanılıb

İspaniyada yaşayan Azərbaycan əleyhinə saxta xəbərlər yazan müəllif Türkiyə hava limanında saxlanılıb.

Sentyabrın 28-də Tuqberk adlı istifadəçi Azərbaycan nümayəndə heyətinin BMT Baş Assambleyasında prezident İlham Əliyevin çıxışını dinləyən fotoşəklinin “Netanyahunun çıxışı zamanı çəkildiyini” iddia edərək, İsrail baş nazirinin çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etmədiyini qeyd edib. Altyazıda o, Azərbaycanın İsrail üçün Türkiyəyə “xəyanət etdiyini” yazıb. Lakin sosial şəbəkə istifadəçiləri fotodan şikayət edərək, onun saxta olduğunu bildirərək qeyd əlavə ediblər.

Yalan yazının müəllifi ötən gecə hava limanında saxlanılıb.

Həmin şəxs özünün X sosial media hesabında da yazıb ki, skrinşot çəkib və bu yazı ilə bağlı onu təhqir edən hər kəsi məhkəməyə verəcək.

Əziz Mustafa

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
1
oxumeni.az

2Источники