Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev komaya düşüb.
Busaat.az xəbər verir ki, bu barədə “Report”a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
O qeyd edib ki, hazırda atasının müalicəsi özəl klinikalarının birində davam etdirilir.
“Hələ ki konkret diaqnoz yoxdur. Atam süni tənəffüs aparatına qoşulub”, – o əlavə edib.