RU

Polşa prezidentindən ŞOK ETİRAF: "Ruhlarla söhbət edirəm"

Polşa dövlət başçısı Karol Navrotski jurnalistlərin sualına cavabında sensasion açıqlama verib.

Musavat.com xəbər verir k, onun sözlərinə görə, o, mütəmadi olaraq I Respublikanın ilk marşalı, Polşa dövlətçiliyinin qurucularından sayılan Yuzef Pilsudskinin ruhu ilə ünsiyyətdə olur.

Prezidentin dediyinə görə, bu söhbətlər demək olar ki, hər gün baş tutur:

“Biz bir-birimizlə danışırıq, demək olar, hər gün. Çox mövzuları müzakirə etmişik, həm 1920-ci il Polşa-Sovet müharibəsini, həm də Ukrayna müharibəsindən sonra formalaşan beynəlxalq vəziyyəti. Eləcə də parlament haqqında söhbətlərimiz olub”.

Bu etiraf Polşa ictimaiyyətində böyük maraq doğurub və ölkənin siyasi dairələrində ciddi müzakirələrə səbəb olub.

Musavat.com

Избранный
16
1
musavat.com

2Источники