RU

ABŞ nümayəndəsi Aİ-ni tənqid etdi

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker Avropa İttifaqı ölkələrinin iqtisadi siyasətini tənqid edib.

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, həddindən artıq dövlət tənzimləməsi və innovasiyalara qarşı sərt yanaşma Aİ ölkələrinin iqtisadi artımını ləngidir.

"Avropanın innovasiya və sahibkarlığa yanaşması nədənsə "yox" sözünə əsaslanır, halbuki ABŞ-da bu yanaşma "bəli" üzərində qurulub. Çox vaxt Avropada hökumətlər yeni ideyalara, innovasiyalara və yenilikçilərə skeptik yanaşır. Bu isə dəyişməlidir", - deyə diplomat Brüsseldə Vaşinqtonun Atlantik Şurasının təşkil etdiyi konfransda çıxışı zamanı bildirib.

Uiteker əlavə edib ki, Avropa ölkələrində iş şəraiti ABŞ-la müqayisədə daha az həftəlik iş saatı və əlavə məhdudiyyətlərlə xarakterizə olunur ki, bu da iqtisadi potensialı zəiflədir. Onun fikrincə, əgər Aİ ölkələri NATO qarşısında götürdükləri öhdəliklərə uyğun olaraq hərbi xərcləri artırmaq istəyirlərsə, dövlət siyasətlərini iqtisadi artımı stimullaşdırmaq üçün islah etməli olacaqlar. Əks halda, hökumətlər vergiləri qaldırmağa məcbur qalacaqlar.

Xatırladaq ki, 2025-ci ilin yazında Aİ miqyaslı hərbiləşdirmə addımları atılıb. Mart ayında Brüsseldə keçirilən fövqəladə sammitdə 800 milyard avroluq ReArm EU silahlanma planı qəbul olunub. Daha sonra Aİ Şurası 2030-cu ilə qədər hərbi quruculuq proqramının bir hissəsi kimi SAFE militarizasiya fondunun yaradılmasına razılıq verib. İyunda Haaqada keçirilən NATO sammitində isə Avropa ölkələrinin hərbi xərclərinin 2035-ci ilə qədər ÜDM-in 5%-nə çatdırılması qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
1
olaylar.az

2Источники