RU

Husilər Hollandiya gəmisini belə vurdular VİDEO

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Hollandiyaya məxsus yük gəmisi Ədən körfəzində Husilərin hücumuna məruz qalıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, raket hücumundan sonra gəmi alovlanıb.

Məlumata görə, Filippin, Rusiya, Şri-Lanka və Ukrayna vətəndaşlarının da olduğu gəminin ekipajı təxliyə edilib. İki dənizçi yaralanıb, onlardan birinin vəziyyəti ağırdır və Cibutidəki xəstəxanaya aparılıb. Hücum Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) tərəfindən təsdiqlənib.

Məlumata görə, Hollandiyanın Splitoff şirkətinə məxsus MV MINERVAGRACHT gəmisi Yəmənin Ədən limanından təxminən 128 dəniz mili cənub-şərqində hücuma məruz qalıb.

Fransa Dəniz İnformasiya Mərkəzi (MICA Mərkəzi) gəmiyə bir həftə ərzində ikinci dəfə hücum edildiyini qeyd edib. MICA hücumu Yəmən Husi qruplaşması ilə əlaqələndirib və qeyd edib ki, gəminin İsraillə heç bir əlaqəsi olmayıb.

Bu, iyuldan bəri Ədən körfəzindəki ən ciddi hücumdur. Husilər 2023-cü ildən başlayaraq mütəmadi olaraq Qırmızı dənizdə və Ədən körfəzində “İsraillə əlaqəli” olduqlarını iddia etdikləri gəmilərə hücum edir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
azpolitika.info

1Источники