RU

Zaxarova türk ölkəsinin adını çəkdi: Kremldən dəqiq plan İmkan verilməyəcək!

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qazaxıstanla bağlı açıqlaması diqqət çəkib. Zaxarova Qərb ölkələrinin Moskva ilə Qazaxıstan arasındakı əlaqələri zəiflətmək və hətta tamamilə kəsmək istiqamətində fəal şəkildə çalışdıqlarını bildirib. Bu kontekstdə, Qazaxıstanda Ukrayna ssenarisinin təkrarlanması ehtimalı müzakirə mövzusuna çevrilib.

Rusiyanın Qazaxıstanla bağlı planı nədir?Bu ölkə Ukraynanın taleyini yaşaya bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Mariya Zaxarovanın son açıqlamaları Moskvanın Qərbin Mərkəzi Asiyada, hətta bütünlüklə postsovet məkanında aktivləşməsini öz təsir dairəsinə təhlükə hesab etdiyini göstərir:

“Qazaxıstan da postsovet məkanıdır. Bu ölkə Rusiya ilə uzun sərhədə malikdir və orada əsasən şimal ərazilərdə çoxsaylı etnik rus yaşayır. İqtisadi və təhlükəsizlik baxımından Qazaxıstan Rusiyadan müəyyən asılılığa malikdir.

Qazaxıstan 1990-cı illərdən bəri çoxvektorlu siyasət yürüdür: həm Rusiya, həm Çin, həm də Qərblə balans saxlayır. Ukrayna kimi açıq şəkildə NATO və Avropa İttifaqına (Aİ) inteqrasiya xətti yoxdur. Astana daha praqmatik və neytral kurs tutur. Qazaxıstan rəhbərliyi 2022-ci yanvar hadisələrindən sonra Moskvanın təsir imkanlarını yaxşı anlayır və “rəngli inqilablardan” yayınmaq üçün sərt addımlar atır”.

Anar İsayev

Siyasi şərhçinin sözlərinə görə, bütün bu səbəblərdən Qazaxıstanda Ukrayna tipli kəskin qarşıdurma və müharibə ssenarisinin gerçəkləşməsi ehtimalı daha azdır:

“Amma “təzyiq mexanizmləri” (informasiya təbliğatı, iqtisadi asılılıq, rusdilli əhalinin müdafiəsi bəhanəsi) Moskvanın əlində qalır. Rusiya Qazaxıstanın çoxvektorlu kursunun tamamilə Qərbə yönəlməsinə imkan vermək istəmir.

Moskva bu ölkədə açıq hərbi ssenariyə əl atmaq niyyətində deyil, çünki bütün gücünü Ukrayna ilə müharibəyə sərf edir və ikinci cəbhənin açılması onun işini çətinə sala bilər. Həmçinin bu zamanda eyni anda həm Qərb, həm də Çinlə qarşıdurmaya girmə ehtimalı var. Amma təzyiq və nəzarət mexanizmlərini gücləndirmək, Qazaxıstanı öz orbitindən çıxmamağa məcbur etmək Moskvanın əsas planıdır”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
globalinfo.az

1Источники