RU

Nazir qalmaqallı prorektoru işdən çıxardı

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) İnzibati işlər üzrə prorektoru İkram Həsənov işdən çıxarılıb.

Publika.az Qaynarinfo-ya istinadla xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Həsənov İkram Rəhim oğlu vəzifəsindən azad olunub.

İkram Həsənovun işlədiyi dövrdə institutda ciddi pozuntular aşkarlandığı da deyilir. Onun adı mətbuatda müxtəlif qalmaqallarda hallanıb.

Teymur Musayevin digər əmri ilə Süleymanov Röyal Süleyman oğlu ADHTİ-nin İnzibati işlər üzrə prorektoru təyin edilib.

Избранный
40
21
publika.az

10Источники