RU

ABŞ-nın qızıl ehtiyatı bir trilyon dollara çatıb

ABŞ-nın

ABŞ-nın qızıl ehtiyatı rekord həddədir: bir trilyon dollar. Qiymətli metalın dünya bazarında belə bir tarixi hadisə yaratması, həmçinin maksimuma yüksəlməsi nəticə etibarilə qızıl ehtiyatlarının dəyərini və rəsmi uçot göstəricisini 90 dəfədən də çox üstələyib.

Reyting.az
xəbər verir ki, son məlumata görə, ABŞ-nın ehtiyatında 261,5 milyon unsiya qızıl var. Ehtiyat qızılın yarıdan çoxu Kentukki ştatında yerləşən Fort-Noks bazasında saxlanılır.

Rəsmi qiymətləndirmə hələ də 1973-cü ildə müəyyən edilmiş 42,22 dollar/unsiya səviyyəsində qalsa da, artıq yeni bazarın qiyməti 3824,5 dolları keçib. Bu artım isə geosiyasi gərginlik, ticarət müharibələri, eləcə də ABŞ-dakı maliyyə sabitliyi ilə bağlı narahatlıqlar fonunda qeydə alınıb.

Maliyyə naziri Skott Bessent ehtiyatların bazar qiymətilə yenidən hesablanması barədə ehtimalları rədd edib.

ABŞ-nın qızıl ehtiyatları əsasən Fort-Noks, Vest-Poynt və Denverdə, eyni zamanda, Nyu-Yorkda Federal Ehtiyatlar Sisteminin binasındaqorunur.

Oqtay QORÇU
Избранный
18
reyting.az

1Источники