RU

Yanvar-avqust aylarında elektron satınalmaların məbləği 2,4 milyard manatı üstələyib

Bu ilin yanvar-avqust ayları ərzində keçirilən elektron satınalmaların sayı 5543, məbləği isə 2 449,8 milyon manat təşkil edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların sayında 34 faiz, məbləğ üzrə isə 18 faiz artım müşahidə olunub.

2025-ci ilin yanvar-avqust aylarında açılışı baş tutan müsabiqələr üzrə orta təchizatçı sayı 3,6 təşkil edib.

Dövlət satınalmalarında elektron sistemlərdən istifadənin tətbiqi daha geniş təchizatçı bazasının formalaşmasına, sahibkarların bərabər şərtlərlə satınalma proseslərində iştirakına, nəticə etibarilə rəqabətli mühitin güclənməsinə şərait yaradır.

Избранный
5
vergiler.az

1Источники