RU

Azərbaycanla bağlı saxta paylaşım edən Türkiyə vətəndaşı saxlanıldı

Azərbaycanla bağlı dezinformasiya yayan Tuğberk adlı Türkiyə vətəndaşı saxlanılıb. 

Adalet.az xəbər verir ki, o bu barədə “X” hesabında yazıb. 

Tuğberk bildirib ki, Azərbaycanla bağlı etdiyi paylaşıma görə ötən axşam İspaniyaya qayıdarkən hava limanında saxlanılıb və ifadə verib.

Qeyd edək ki, onun 2 gün öncə BMT Baş Assambleyasının 80-ci sessiyası ilə bağlı yanlış məlumatlar yayması müzakirələrə səbəb olmuşdu. O, İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin mövzusundakı çıxışını guya Azərbaycan rəsmilərinin izlədiyi və alqışladığı barədə saxta paylaşımlar etmişdi.

Избранный
18
adalet.az

1Источники