RU

Paşinyanın növbəti cığallığı: "Konstitusiya dəyişikliyi gündəmdə deyil..."

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı ölkə Konstitusiyasının dəyişdirilməsi məsələsinin gündəmdə olmadığını bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, 2024-cü ilin sentyabrında Ermənistan Konstitusiya Məhkəməsi delimitasiya üzrə birgə komissiyanın reqlamentini müzakirə edərkən qərara gəlib ki, sənəddə heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur.

Paşinyan da bu arqumentə söykənərək, dəyişiklik ehtiyacı görmədiyini iddia edir.

Lakin bu bəyanat Paşinyanın tipik “erməni cığallığı” və növbəti manevr addımı kimi dəyərləndirilir. Çünki Ermənistan rəhbəri avqustun 8-də ABŞ-ın vasitəçiliyi ilə Azərbaycanla imzalanan üçtərəfli memoranduma razılıq verərkən, konstitusiya məsələsində də güzəştə getməyə hazır olduğunu açıq şəkildə ifadə etmişdi. Hətta Ermənistan hökuməti bu istiqamətdə işlərin aparılacağına dair siqnallar vermişdi.

İndi isə Paşinyanın əsasən Moskva, həm də Strasburq səfərlərindəki müəyyən görüşlərdən sonra mövqeyini dəyişməsi və konstitusiya məsələsində geri çəkilməsi onun yenidən siyasi ziqzaqlara əl atdığını göstərir. Bizə görə, bu dəyişiklik Ermənistan rəhbərliyinin Rusiya və Qərb arasında balans yaratmaq cəhdinin bir hissəsidir və sülh sazişinin imzalanmasını süni şəkildə uzatmağa hesablanıb.

Azərbaycan tərəfi isə dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılması vacib şərtdir. Rəsmi Bakı bu məsələdə kompromisə getməyəcəyini və real dəyişikliklər baş vermədən yekun sazişin mümkün olmadığını vurğulayıb.

Nəticə etibarilə, Paşinyanın hazırkı ritorikası onun müvəqqəti siyasi gedişindən başqa bir şey deyil. Musavat.com -un fikrincə, sülh sazişinin imzalanması prosesində İrəvan hökuməti ənində sonunda bu tələblə razılaşmağa məcbur olacaq, lakin hazırda biz onun növbəti manipulyasiyasının və siyasi “cığallığının” şahidiyik.

Musavat.com

Избранный
9
musavat.com

1Источники