Ajans.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində və Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının), habelə Bakı şəhərinin inzibati ərazisində mühafizə olunan duracaqların yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək, habelə öz balansındakı mühafizə olunan duracaqları və avtomobil duracaqlarını (qarajlarını) idarə etmək Agentliyin vəzifəsi kimi müəyyən edilib. Nazirlər Kabineti və Nazirlik fərmandan irəli gələn məsələləri həll etməlidir. *** 2025-ci il iyulun 21-də Pnompen şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu" təsdiq edilib.Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Kamboca Krallığı Hökumətinə bildiriş göndərəcək.