Azərbaycanın II Liqasında IV tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha üç oyun keçirilib.
Turun mərkəzi oyununda "Xankəndi" ilə "Şəki Siti" üz-üzə gəliblər. İbrahim Uzuncanın baş məşqçisi olduğu komanda Bəhmən Həsənovlu bölgə təmsilçisi ilə matçda qalib gəlib. Görüşün taleyini 1 qol həll edib. Bu qələbədən sonra "Xankəndi" yenidən vahid lider olub.
"Şəmkir" "Ağstafa Gəncləri" üzərində inamlı qələbə qazanıb. "Şirvan" isə "Kür-Araz"ı üstələyib.
Qeyd edək ki, ötən gün "Qaradağ Lökbatan" "Araz-Saatlı"nı 3:0 yenib, "Ağdaş" - "Quba" (2:2) və "Dinamo" - "Göygöl" oyunlarında isə qalib müəyyənləşməyib.
Azərbaycan II Liqası
IV tur
30 sentyabr
“Xankəndi” – “Şəki Siti” 1:0
Qol: Tural Qurbatov, 76.
“Şəmkir” – “Ağstafa Gəncləri” 3:1
Qollar: Nihat Sarıyev, 16. İlkin Əliyev, 25. Fəzail Şirxanzadə, 53 - Vüsal Aslanov, 32.
“Kür-Araz” – “Şirvan” 1:3
Qollar: Cavidan Qasımlı, 13 - Elariz Xəlilli, 4; 70. Vüsal Səfərov, 26-öz qapısına.