RU

HƏMAS Trampın Qəzza planına bir neçə gün ərzində cavab verəcək- Politico

Fələstinin HƏMAS hərəkatı çox güman ki, yaxın günlərdə ABŞ prezidenti Donald Trampın Qəzza zolağındakı münaqişənin sülh yolu ilə həlli planına cavab verəcək.

Vətəninfo.az  xəbər verir ki , bu barədə məlumatlı diplomata istinadən Politico yazır.

Sentyabrın 29-da Ağ Ev Trampın Qəzza zolağında müharibəyə son qoymaq üçün 20 bəndlik sülh planını açıqlayıb. Əl-Cəzirə məlumatlı diplomatik mənbəyə istinadən xəbər verir ki, Misir və Qətər ABŞ-ın Qəzza zolağında müharibəyə son qoymaq planını Həmas-a təqdim edib və hərəkat bunu nəzərdən keçirəcəyini vəd edib.

ABŞ prezidenti bəyan edib ki, İsrail onun təqdim etdiyi planla artıq razılaşıb, lakin HƏMAS hələ cavab verməyib. Tramp vurğulayıb ki, HƏMAS onun planını rədd edərsə, İsrail HƏMAS-a qarşı mübarizədə ABŞ-ın tam dəstəyini alacaq.

Избранный
18
veteninfo.az

1Источники