RU

"Kopenhagen"in baş məşqçisi "Qarabağ"la oyun haqda

style='margin-bottom:10px;'>

"Kopenhagen"in baş məşqçisi Yakob Neestrup Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində sabah Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan öncə keçirilən mətbuaat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün durumundan da bəhs edib: "Daha yaxşı ola bilərdi, amma bu, bizim üçün bəhanə deyil. Meydançanın vəziyyətindən asılı olmayaraq, bizim vəzifəmiz qələbə qazanmaqdır. İdeal olmasa da, normaldır. Bir qədər tez gəldik ki, uyğunlaşaq. Səfər yaxşı alındı. Sabah hazır olacağıq".

Baş məşqçi Ağdam təmsilçisi haqda isə bu sözləri səsləndirib: "Rəqibə hörmətlə yanaşırıq. Çempionlar Liqasında bütün komandalar güclüdür. Şərtlər hər iki komanda üçün bərabərdir. Onlar bura gəlib çıxmaq üçün uzun yol qət ediblər. "Ferensvaroş" kimi klubu keçmələri çox şeydən xəbər verir. Onlar yaxşı futbol oynayırlar. "Qarabağ"ın güclü hücumçuları, eləcə də mərkəz müdafiəçiləri var".

Избранный
31
2
teleqraf.com

10Источники