RU

Paşinyan: "Ermənilərin yenidən Qarabağda yaşaması real deyil"

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin yenidən Qarabağ ərazisinə getməsinin qeyri-real olduğunu bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan AŞPA-nın Strasburqda keçirilən sessiyasında çıxışı zamanı Azərbaycanla sülh bəyannaməsi imzalanmasını “tarixi hadisə” adlandırıb. O, bunu həm Azərbaycan hökuməti və xalqı, həm də Ermənistan hökuməti və xalqı üçün nailiyyət adlandırıb.

Paşinyan sənədin Vaşinqtonda Ağ Evdə imzalandığını və ABŞ prezidenti Donald Trampın bəyannamənin şahidi olduğunu vurğulayıb.

Ermənistan hökumətinin başçısı həmçinin qeyd edib ki, ermənilərin Qarabağa qayıtması real deyil. O, belə addımların Bakı ilə sülh prosesinə xələl gətirə biləcəyi barədə xəbərdarlıq edib və əlavə edib ki, regionu tərk edən ermənilərin gələcəyi Ermənistanla və onun vətəndaşlığı ilə bağlıdır.

Hürr Tərcüman

Избранный
10
1
hurriyyet.az

2Источники