RU

Ukrayna Polşada təxribat hazırlayır - Rusiya kəşfiyyatı

 

"Ukrayna NATO ölkələrini Moskva ilə qarşıdurmaya cəlb etmək üçün Polşaya özünü Rusiya və Belarus xüsusi təyinatlıları kimi təqdim edəcək təxribat və kəşfiyyat qrupları yerləşdirməyə hazırlaşır.

Sitat.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib. 

 

Qurumk “daxil olan məlumatlara” istinadən bildirir ki, “təxribat” Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan “Azad Rusiya” legionu və Belarusun "Kalinovski alayı"nın iştirakı ilə gözlənilir. 

İddialara görə, onlar “ictimai etirazı artırmaq” üçün Polşada kritik infrastruktura hücumu simulyasiya edəcəklər.

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Saxta Xəbərlərlə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko öz növbəsində bu xəbəri təkzib edib.

 

"Rusiya təxribat-kəşfiyyat qrupu göndərərək Polşa ərazisinə soxulmağa cəhd etməklə bu ölkənin sərhədini sınaya bilərdi. Narışkin və Rusiya Xarici Kəşfiyyat Xidməti öz planlarını açıqladılar:

 

"Əsas məqsəd NARO-nun reaksiyasını yoxlamaq, həmçinin Avropa cəmiyyətlərinə təsir göstərməyə çalışmaqdır. Onları qorxutmaq və Ukraynaya dəstəyi azaltmaq istəyirlər”.


 

Избранный
8
1
sitat.info

2Источники