RU

SON DƏQİQƏ! Ermənilər Qarabağa QAYIDIR?

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının Strasburq sessiyasında çıxış edib.

Ulusal.az  xəbər verir ki, o, Azərbaycanla imzalanmış sülh bəyannaməsini “tarixi hadisə” adlandırıb.

Paşinyan sənədin həm Azərbaycan hökuməti və xalqı, həm də Ermənistan hökuməti və xalqı üçün mühüm nailiyyət olduğunu bildirib.

Baş nazir vurğulayıb ki, sənəd Vaşinqtonda, Ağ Evdə imzalanıb və ABŞ prezidenti Donald Tramp bu bəyannamənin şahidi olub.

Paşinyan çıxışında ermənilərin Qarabağa geri dönməsinin mümkün olmadığını da açıq şəkildə bəyan edib.

O, belə addımların Bakı ilə sülh prosesinə xələl gətirə biləcəyi barədə xəbərdarlıq edərək bildirib ki, regionu tərk edən ermənilərin gələcəyi Ermənistan və onun vətəndaşlığına bağlıdır.Musavat.com

Избранный
4
2
moderator.az

3Источники