RU

Bu ölkə Rusiya qazından tamamilə imtina edəcək

Bolqarıstan 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina edəcək.

Publika.az “Politico”ya istinadən xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Jeço Stankov açıqlayıb.

Nazir bildirib ki, bu addım Rusiyanın Macarıstan və Slovakiyaya enerji tranzitini effektiv şəkildə dayandıracaq. O, həmçinin vurğulayıb ki, Bolqarıstanın siyasəti Avropa qanunvericiliyi və enerji siyasəti ilə uyğunlaşdırılır.

Stankov hesab edir ki, Avropada Rusiya qazının istehlakı 2028-ci il yanvarın 1-dən tamamilə dayandırılacaq. Eyni zamanda, Macarıstan və Slovakiya alternativ qaz tədarükü yolları tapa biləcəkləri üçün enerji təhlükəsizliyi ilə bağlı ciddi problem yaşamayacaqlar.

Qeyd olunur ki, Bolqarıstan ABŞ-dan maye qaz tədarükü üçün qonşu ölkələrlə uzunmüddətli müqavilələr üzrə birgə tenderlərin keçirilməsi barədə məsləhətləşmələr aparır.

Избранный
16
publika.az

1Источники