Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Tbilisi, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da saat 16:12-də İrəvanın Ayas küçəsində yerləşən tikiş fabrikində partlayış olub.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə Ermənistan Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin qüvvələri cəlb olunublar. İlkin məlumata görə, 4 nəfər xəstəxanaya yerləşdirilib. Partlayışın səbəbləri və digər fəsadları barədə hələlik heç bir məlumat yoxdur.
Yaralıların sayının artacağı ehtimal olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.