Prezident İlham Əliyevin sərəncamı ilə polkovnik Anar Müslüm oğlu İsmayılova “general-mayor” ali hərbi rütbəsi verilib.
Oxu.Az-a istinadən Anar İsmayılovun dosyesini təqdim edirik:
Anar İsmayılov Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi vəzifəsində çalışıb.
İxtisasca uroloq-androloqdur.
2009-2014-cü illərdə Gülhanə Hərbi Tibb Akademiyasında Uroloq kimi çalışıb, sözügedən ali hərbi tibb təhsili müəssisəndən məzun olub.
2012-2014-cü il Ankara Özəl Koru Xəstəxanasında uroloq kimi fəaliyyət göstərib.
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley, o cümlədən “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.