RU

Emil Mustafayevin Ukraynanı tərk etməsinə İCAZƏ VERİLMƏDİ

Azərbaycan yığmasının debütantı Emil Mustafayevin “Sumqayıt”a keçidində problem yaranıb.

Bizim.Media xəbər verir ki, müqavilə ilə “Polessye”yə məxsus olan yarımmüdafiəçi Ukraynadan ayrılmaqda çətinlik çəkir.

Baxmayaraq ki, klubu onun karyerasını Premyer Liqamızda davam etdirməsinə icazə verib. Son olaraq icarə əsasında “Aleksandriya”nın formasını geyinən gənc ölkə hüdudlarına çıxmaq üçün yerli hökumət qurumlarından izn istəyib. Lakin dəfələrlə müraciətlər ünvanlanmasına rəğmən, Ukraynanın rəsmi dairələri onun ölkəni tərk eləməsinə indiyədək “yox” deyib.

Təbii ki, bu qeyri-müəyyənlik “Sumqayıt” rəhbərliyində narahatlıq yaradıb. Əgər o, qarşıdakı bir neçə gün ərzində problemi yoluna qoymasa, birillik nəzərdə tutulmuş icarə müqaviləsi qüvvədən düşmüş sayılacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
15
bizim.media

1Источники