RU

Özbəkistanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul nümayəndələri üçün seminar keçirilib  

Sentyabrın 29-da Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə Özbəkistan Respublikasının bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul nümayəndələri üçün “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar təşkil olunub.

Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib.

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva vurğulayıb ki, seminar kommunikasiya və media sahəsində əməkdaşlığın daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, dövlət qurumlarının kommunikasiya potensialının gücləndirilməsinə, ictimaiyyətlə əlaqələrin daha səmərəli qurulmasına və müasir çağırışlara uyğun yanaşmaların formalaşdırılmasına xidmət edir.

ADA Universitetinin İxtisasartırma proqramının dövlət proqramları üzrə meneceri Sevinc Hüseynova bildirib ki, strateji kommunikasiya üzrə keçirilən seminar iştirakçılar üçün həm nəzəri, həm də praktiki biliklərin inteqrasiyası baxımından vacib təcrübədir və dövlət qurumlarında çalışan mütəxəssislərin peşəkarlığının artırılmasına, innovativ yanaşmaların tətbiqinə geniş imkan yaradır.

Seminarı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva aparıb. Təqdimat zamanı iştirakçılara ictimai narrativlərin düzgün qurulması, strateji yanaşmaların tətbiqi və kommunikasiya prosesində auditoriyaya effektiv mesajların çatdırılması barədə praktik məlumatlar təqdim olunub.

Müzakirələrdə qeyd edilib ki, müasir dövrdə kommunikasiya yalnız informasiyanın ötürülməsi ilə məhdudlaşmır, həm də dövlət qurumlarının nüfuzunun möhkəmləndirilməsində və vətəndaşlarla qarşılıqlı etimadın formalaşdırılmasında mühüm rol oynayır. Xüsusilə rəqəmsal media alətlərindən səmərəli istifadə və məqsədyönlü kommunikasiya siyasətinin hazırlanması uğurlu nəticələrin əldə olunmasında əsas şərtlərdən biri kimi dəyərləndirilib.

Избранный
123
4
azerbaijan-news.az

6Источники