RU

“Prezidentin BMT dəki çıxışı sülhə və inkişafa sadiqliyinin göstəricisidir” Millət vəkili Rövşən Muradov

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il sentyabrın 25-də Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasındakınitqi həm ölkəmizin keçdiyi tarixi yolun, həm də regionda formalaşan yeni geosiyasi reallıqların dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ölkə başçısı çıxışında Ermənistanın uzun illər Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlamasını, bir milyondan çox soydaşlarımızın öz yurd-yuvalarından didərgin düşdüyünü, bu dövrdə beynəlxalq hüququn kobud şəkildə pozulduğunu sessiya iştirakçılarının diqqətinə çatdırmaqla, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin yerinə yetirilmədiyini və Azərbaycan Ordusunun öz gücü və qüdrəti sayəsində ərazi bütövlüyünü təmin etməklə suverenliyini tam bərpa etdiyini, eyni zamanda, 44 günlük Vətən müharibəsinin ölkəmiz tərəfindən beynəlxalq humanitar hüquqa riayət edilərək ədalətli və qanuni şəkildə aparıldığını və 2022-ci ildən başlayaraq Ermənistanla aparılan sülh danışıqlarının nəticələri barədə məlumatları beynəlxalq auditoriyaya bildirmişdir".

"AzPolitika" xəbər verir ki, bu fikirləri millət vəkili, qtisad elmləri doktoru, professor Rövşən Muradov Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasının stenoqramına daxil edilən çıxış mətnində bəyan edib.

R. Muradovdaha sonra bildirib: "Dövlət başçımız 2025-ci il avqust ayının 8-də ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda əldə olunmuş razılığı, sülh müqaviləsinin paraflanması və Azərbaycan Prezidenti ilə Ermənistan Baş Naziri arasında imzalanan Birgə Bəyanatı beynəlxalq aləmdə mühüm hadisə kimi dəyərləndirmiş, bu razılaşmaların regionda uzunmüddətli sülhün təmin olunmasına zəmin yaratdığını, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərini, yeni infrastruktur layihələrini, “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində artıq on minlərlə vətəndaşımızın öz doğma yurdlarına qayıtmasını qeyd etməklə yanaşı, mina təhlükəsi və itkin düşmüş şəxslərin taleyi kimi problemli məsələlərin hələ də ciddi maneə olduğunu da vurğulamışdır.

O, enerji təhlükəsizliyini, bərpaolunan enerji mənbələrinin inkişafını, rəqəmsal və nəqliyyat dəhlizlərinin genişləndirilməsini ölkəmizin əsas prioritetləri kimi göstərməklə, regional və qlobal təşəbbüslər, iqlim dəyişikliyi, Xəzər dənizində ekoloji təhlükələr və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi məsələlərinə də toxunaraq Azərbaycanın bu istiqamətdə aktiv rol oynadığını də iclas iştirakçılarına bəyan etmişdir.

Dövlət başçısının BMT tribunasından səsləndirdiyi əsas fikirlər dövlətlərin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı prinsiplərinə riayət olunmasını, beynəlxalq münasibətlərdə ikili standartların olmamasını və ölkəmizin həm regional, həm də qlobal miqyasda ədalətli olduğunu bir daha göstərməklə yanaşı, həm də ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin, regionda formalaşan yeni reallıqların, sülhə və inkişafa sadiqliyi kimi də qiymətləndirilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
2
azpolitika.info

3Источники