RU

Brüssel hava limanı tətilə görə bütün reysləri ləğv etdi

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Brüssel hava limanı oktyabrın 14-nə planlaşdırılan bütün sərnişin reyslərini ləğv edir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Bildirilir ki, buna səbəb hökumətin qənaət planına etiraz olaraq Belçika həmkarlar ittifaqlarının təşkil etdiyi ümummilli tətildir.

Nəşr qeyd edir ki, bu qərar sərnişinlərin və işçilərin təhlükəsizliyini təmin etmək üçün verilib və aviaşirkətlərlə razılaşdırılıb. Aeroport administrasiyası tətillərin onun fəaliyyətinə ciddi təsir etdiyini düşünür.

Agentliyin məlumatına görə, ümummilli tətilə Belçika hökumətinin sosial müavinətlər və pensiyalar üçün büdcəni ildə ümumilikdə 3 milyard avro azaltmaq planları səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
3
qafqazinfo.az

4Источники