RU

Daşkəsəndə kişi ördəklərə görə arvadını vəhşicəsinə DÖYDÜ

Daşkəsəndə kişi arvadını qeyri-adi səbəblə döyüb. Pravda.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.

 

36 yaşlı Ziya Abdullayev (adı və soyadı şərtidir) yaşadığı evin həyətində saxladığı ördəklərin sayına görə arvadını odun parçası ilə döyərək, xəsarət yetirib. Bu əməlinə görə, Ziya barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi açılıb.

 

Zərərçəkmiş şəxs qismində dindirilən Səmayə Abdullayeva (adı və soyadı şərtidir) bildirib ki, evdar qadındır. O, axşam ördəkləri sayarkən az olduqlarını aşkar edib:

 

"Ördəklərin 30-u ölmüşdü. Bunu Ziyaya deyəndə, o əsəbiləşdi və aramızda münaqişə yarandı. Nəticədə ağac parçası ilə hər iki ayağıma və belimə zərbələr vurdu. Zərbələrin təsirindən ayaqlarımda göyərmələr, qızarmalar əmələ gəldi".

 

Məhkəmə istintaqı zamanı zərərçəkən əri ilə barışdığını və ona qarşı şikayəti olmadığını deyib. Hər iki tərəf məhkəmədən cinayət işinə xitam verilməsini xahiş edib.

 

Daşkəsən Rayon Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyi ilə keçirilən proses zamanı cinayət işinə xitam verilib və Ziya Abdullayev məsuliyyətdən azad olunub.

Tarix: 30 Sentyabr 2025, 18:32   
Избранный
14
6
pravda.az

7Источники