RU

Artıq dərsə piyada yox, bu cür gedəcəksiniz… KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Oktyabrın 1-dən etibarən Azərbaycanda məktəb avtobusları layihəsinin icrasına start veriləcək. İlkin mərhələdə təxminən 1200 şagird bu təşəbbüsdən faydalanacaq. Bu təşəbbüs uzunmüddətli dövrdə bütün ölkə üzrə tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, layihənin hələlik əsasən iri şəhərlərdə tətbiqi nəzərdə tutulub:

“Hazırda məktəb avtobusları daha çox şəhər orta ümumtəhsil məktəblərində fəaliyyət göstərəcək. Lakin zamanla bu təşəbbüsün əhatə dairəsinin rayonlara və kənd məktəblərinə də şamil olunacağı gözlənilir. Beynəlxalq təcrübə göstərir ki, bu cür layihələr inkişaf etmiş ölkələrdə uğurla həyata keçirilir”.

Ekspertin sözlərinə görə, məktəb avtobuslarının istifadəyə verilməsi həm valideynlər, həm də şagirdlər üçün ciddi rahatlıq yaradacaq:

“Valideynlər artıq övladlarının məktəbə təhlükəsiz və rahat şəkildə gedib-gəlməsindən əmin olacaqlar. Eyni zamanda bu təşəbbüs Bakıda nəqliyyat yükünün və tıxacların azaldılmasına da müsbət təsir göstərəcək”.

Ramin Nurəliyev hesab edir ki, layihənin ölkə üzrə genişləndirilməsi uzunmüddətli dövrdə Azərbaycan təhsil sistemini inkişaf etmiş ölkələrlə eyni səviyyədə rəqabətədavamlı edəcək.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
konkret.az

2Источники