RU

Bakı və Abşeron yarımadasında üç yeni sutəmizləyici kompleksin tikintisi nəzərdə tutulur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakı və Abşeron yarımadasında su və kanalizasiya sistemlərinin yenilənməsi ilə bağlı xüsusi dövlət proqramı hazırlanıb".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu proqram üzərində müzakirələr aparılır:
"Eyni zamanda, proqramın həyata keçirilməsi üçün donorlarla danışıqlar aparılır. Maliyyə dəstəyinin, layihələr çərçivəsində beynəlxalq mütəxəssislərin cəlb olunması nəzərdə tutulub.
Hazırda bundan başqa, tullantı sularının idarəolunmasının yaxşılaşdırılması, ümumiyyətlə infrastrukturun yenilənməsi ilə bağlı 10 böyük layihə həyat keçirilir. Bu, Bakı və Abşeron yarımadasında müxtəlif istiqamətlərdə irihəcmli kollektorların, üç yeni sutəmizləyici kompleksin tikintisi nəzərdə tutulur. Bu layihələrin icrasına başlanılıb. Cari ildə də davam etdirilir. Ümumi magistral kollektorların 2027-ci ildə, sutəmizləyici qurğular komplekslərinin isə 2027-28-ci illərdə tamamlanması nəzərdə tutulub".
Aygün Mirakif
Избранный
46
1
oxu.az

10Источники