RU

İlham Bayramov: "İtkilərin qarşısının alınması üçün suyun uçotu dəqiq qurulmalıdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Su itkilərinin azaldılması üçün bütün ərazilər sayğacla təmin olunmalıdır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, su itkisinin qarşısının alınması üçün ilk növbədə suyun uçotu dəqiq qurulmalıdır: "Qəbul edilən, şəbəkəyə verilən, rayonlara ötürülən suyun uçotu dəqiqləşdirilməlidir. Bu itkilərə qarşı da yeni sayğaclaşma bütün sahələri, regionları əhatə etməlidir. Bu, özü-özlüyündə investisiyadır, xərcdir".
İlham Bayramov qeyd edib ki, bu gün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti əsasən şəhərlərdə su və kanalizasiya xidmətlərinin, eyni zamanda yağış, tullantı sularının axıdılması xidmətlərini həyata keçirir və özü-özünü maliyyələşdirmə prinsipinə uyğun fəaliyyət göstərir:
"Su itkilərinin çoxalması əlbəttə ki, səmərəliliyə təsir edir, səmərəli fəaliyyətin lazımi səviyyədə olmaması isə bu itkilərin azaldılması üçün infrastrukturun yenilənməsi imkanlarını məhdudlaşdırır. Amma bu istiqamətdə işlər aparılır və dinamika artıq müşahidə olunur və düşünürəm ki, yaxın illərdə su itkilərinin minimuma endirilməsi mümkün olacaq", - deyə o bildirib.
Aygün Mirakif
Избранный
60
oxu.az

1Источники