RU

BDYPİ küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi Milli Hidrometeorologiya Xidmətinin sarı və narıncı xəbərdarlığı ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

Bu barədə Axar.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.

Xüsusilə, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.

Избранный
7
33
axar.az

10Источники