Bu gün İrəvan şəhərinin Ayasa küçəsində yerləşən tikiş sexində partlayış baş verib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Ermənistan mediası Milli Böhran İdarəetmə Mərkəzinə istinadən məlumat yayıb.
Partlayış nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə dəstəsi göndərilib.
Fəaliyyətsiz sexin birinci mərtəbəsindəki otaqlardan birində hələ müəyyən edilməmiş səbəblərdən partlayışın baş verdiyi bildirilir.