21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Edqar Adilxanov bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi “Sana Klinik München”də professor, doktor Filipp Niemeyer tərəfindən ikitərəfli qasıq yırtığı səbəbindən uğurlu əməliyyat keçirib.
Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.