RU

"2 oğul anası azərbaycanlı müğənni gizlincə ƏRƏ GEDİB: hamilədir?" - özü AÇIQLADI

Müğənni Nəfəs gizli nikah və hamiləlik iddialarına aydınlıq gətirib.

Son günlər sosial şəbəkələrdə müğənni Nəfəsin gizli şəkildə ailə həyatı qurduğu və hamilə olduğu barədə iddialar yayılıb.

Sənətçi özü məsələyə münasibət bildirib.

İfaçı yayılan xəbərləri təəccüblə qarşıladığını deyib və bu iddiaları qəti şəkildə təkzib edib:

"Haqqımda yazılanların əsası yoxdur. Nə gizli evlənmişəm, nə də hamiləlik söhbəti doğrudur. Bunlar sadəcə şayiədir. Şəxsi həyatımla bağlı nəsə olsa, bunu gizlətmərəm".

Nəfəs əlavə edib ki, onun şəxsi həyatına dair ortaya atılan belə xəbərlər əsassızdır və yalnız ajiotaj yaratmaq məqsədi daşıyır.

Bununla da, müğənni sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirərək gizli nikah və hamiləlik barədə söz-söhbətləri inkar edib.

Sözügedən açıqlama da müzakirələrə səbəb olub./Milli.Az 

Избранный
6
5
musavat.com

7Источники