Bakı. Trend:
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə iləbağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilənErmənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrəməhkəmə prosesi sentyabrın 30-da davam etdirilib.
Trend xəbər verir ki, BakıHərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, AnarRzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıqməhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilənşəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsiüçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəməheyətini, dövlət ittihamını müdafiə edən prokurorları,tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklənəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.
Trendxatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq,terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilətəqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəbaşlanılmış cinayət işinin ibtidai istintaqı AzərbaycanRespublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.