Oxu.Az-ın məlumatina görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Elşən Mustafayev və Zamin Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Proses oktyabrın 14-də davam etdiriləcək.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi" Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Hümbət oğlu Mustafayev və direktor müavini işləmiş Zamin Sabir oğlu Əliyevin qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyevlə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya təknəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
10Источники
-
bizim.mediaSəhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinə CƏZA İSTƏNİLDİ ( 21911620)
-
yenicag.azSəhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinə cəza istənildi ( 21911140)
-
nocomment.azNarkoloji Mərkəzin həbsdə olan direktoru və müavininə cəza istənilib ( 21911119)
-
yenisabah.azSəhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinə cəza istənildi ( 21909148)
-
konkret.azSəhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinə cəza istənilib ( 21908950)
-
demokrat.azSəhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinə cəza istənilib ( 21908905)
-
olke.azSəhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinə cəza istənilib ( 21908857)
-
oxu.azSəhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinə cəza istənilib ( 21908845)
-
oxu.azSəhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinə cəza istənilib ( 21908713)
-
cebheinfo.azNarkoloji Mərkəzin həbsdə olan direktoru və müavininə cəza istənilib ( 21905617)