ABŞ kosmik agentliyi NASA 2035-ci ilə qədər Ayda yaşayış üçün əlverişli kənd salmaq niyyətindədir.
Avtosfer.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bu barədə agentliyin rəhbəri vəzifəsini icra edən Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində bildirib.
O qeyd edib ki, yaxın onillik ərzində NASA Ayda təkcə stansiya deyil, insanların olduğu bütöv bir kənd yaratmaq istəyir.
2026-cı ilin fevralında NASA "Artemida-II" missiyasını işə salmağı və 50 ildən sonra Aya ilk səfərə dörd astronavtı göndərməyi planlaşdırır.