Olaylar xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Başsağlığında deyilir: "Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində xaincəsinə törədilmiş terror aktı nəticəsində qardaş Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Yaralananların tezliklə sağalmalarını arzu edirik.
Allah rəhmət eləsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31