RU

Ayxan Abbasovdan ilk Açıqlama

"Azərbaycan milli komandasında işləmək hər bir məşqçi üçün böyük şərəf və məsuliyyətdir".

Gundem.az xəbər verir ki, bunu AFFA-ya açıqlaması zamanı Azərbaycan millisinin yeni baş məşqçisi Ayxan Abbasov deyib.

O, göstərilən etimada görə AFFA rəhbərliyinə təşəkkür edib.

"Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Milli komanda hər birimizin qürurudur. İstər bizim, istərsə də futbolçularımızın üzərində böyük məsuliyyət var. Bir komanda kimi həm meydanda, həm də ondan kənarda ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Bir yumruq kimi birləşərək, düzgün yanaşma və komanda ruhu ilə yaxşı nəticələr qazanmaq istəyirik. Azərbaycan azarkeşləri daim millinin yanında olublar. Onların dəstəyi bizim üçün böyük motivasiya mənbəyidir. Qarşıdakı matçlarda layiqli oyun göstərərək, gələcək üçün ümid verməyə çalışacağıq", - deyə o qeyd edib.

Qeyd edək ki, A millimiz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Fransa, 13-də isə Ukrayna yığması ilə səfərdə qarşılaşacaq.

Избранный
18
32
gundem.az

10Источники