RU

Nikol Kidman 19 illik ərindən boşanır — FOTOLAR

Məşhur amerikalı aktrisa Nikol Kidman 19 illik evlilikdən sonra əri Keyt Urbandan boşanır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar yayın əvvəlindən ayrı yaşayırlar.

Cütlüyə yaxın mənbələr Kidmanın evliliyini xilas etməyə çalışdığını, lakin Urbanın münasibətləri bitirmək qərarına gəldiyini deyir.

Bu arada, Oskar mükafatlı aktrisa Nikol Kidman bu yaxınlarda Keyt Urban ilə evliliyinin ildönümünü romantik foto ilə qeyd edib.

Qeyd edək ki, cütlüyün 17 və 14 yaşlarında iki qızı var. 

 



Избранный
9
6
demokrat.az

9Источники