RU

İlon Maskın şirkətlərində istefalar başlayıb

İlon

Amerikalı iş adamı, milyarder İlon Maska məxsus "Tesla" və "xAI" şirkətləri son bir il ciddi kadr itkiləri ilə üzləşib.

Reyting.az
"Financial Times" nəşrinə istinadla xəbər verir ki, "Tesla" şirkəti böyük zərbələr alıb.

Məlumata görə, şirkət satış və batareya istehsalı, süni intellekt, eləcə də robototexnika sahəsi üzrə çox mühüm mütəxəssislərini, həmçinin süni intellekt direktorunu itirib.

Nəşr xatırladır ki, şirkət ötən il 14 min işçini ixtisar etmişdi. Bu dəyişikliklərdən sonra şirkət prioritetləri digər istiqamətlərə, elektromobillərdən robotaksilərə, humanoid robotlara, eləcə də süni intellektin inkişafına yönəltmişdi.

"xAI" şirkətindəki vəziyyət isə daha çətin və gərgindir, çünki maliyyə direktoru ilə hüquq departamentinin rəhbəri də daxil olmaqla bir sıra əsas rəhbər şəxslər şirkətdəkivəzifələrindən istefa veriblər. Mütəxəssislərdən bəziləri Maskın sərt iş rejiminə, o cümlədən siyasi baxışlarına və biznes yanaşmasına qarşı çıxdıqlarından rəqib şirkətlərə və ya startaplara keçməli olublar.

Ümumiyyətlə, İlon Maskın belə rəhbərlik tərzi, davranışı "yorucu və avtoritar" kimi xarakterizə olunur. Bununla belə, "Tesla" rəhbərliyi indinin özündə də bu şirkətin bir çox istedadlı kadrlar üçün cəlbedici olduğunu iddia ediblər.

Oqtay QORÇU
Избранный
7
reyting.az

1Источники